RU
Загрузить видео

İlin ən yaxşı qolu seçildi

Просмотров: 9 388 Спорт
Londonun “Arsenal” klubunun hücumçusu Olivye Jiru ilin ən gözəl qolunun müəllifi kimi “Ferents Puşkaş” mükafatına layiq görülüb.

Oxu.Az-ın xəbərinə görə, qolun videosu Arsenal LiveTv Youtube kanalında yerləşdirilib.

Fransalı hücumçu 2017-ci ilin yanvarın 1-də İngiltərə çempionatı çərçivəsində “Kristal Palas”a qarşı oyunda “əqrəb zərbəsi” ilə topu qapıdan keçirib.

Mükafata həmçinin CAR klubu “Baroki”nin qapıçısı Oskarine Masuluke və qadınlardan ibarət Venesuelanın U-17 komandasının hücumçusu Deyna Kastelyanos namizəd idi.

Mükafatlandırma mərasimi Londonda keçirilib.

Qeyd edək ki, “Ferents Puşkaş” mükafatı 2009-cu ildə təsis edilib. Qalib azarkeşlərin onlayn səsverməsi nəticəsində müəyyən olunur.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.