DÇ-2018: Baş məşqçilər azarkeşlərə səsləndi
Просмотров: 32
Спорт
Dünya çempionatı öncəsi yığma komandaların baş məşqçiləri və köməkçiləri azarkeşlərə səsləniblər.
Apasport.az- xəbər verir ki, bununla bağlı videosujet hazırlanıb.
FİFA-nın "youtube" kanalından yayımlanan videoda azarkeşlərə tovsiyə edən baş məşqçilər Tite (Braziliya), Qaret Sautqeyt (İngiltərə), Didye Deşam (Fransa), Heymir Hallqrimsson (İslandiya), Karlos Keyruş (İran), Jernot Rohr (Nigeriya), Fernando Santos (Portuqaliya), Stanislav Çerçesov (Rusiya) və Vladimir Petkoviçdi (İsveçrə). Həmçinin Argentina və Peru yığmalarından da nümayəndələr onlar arasında olub.
Videoda oyuna gələnlərə şəxsiyyət vəsiqəsini unutmamaq tövsiyə olunub. Çünki həmin vəsiqələr vasitəsilə qarşılaşmaların keçiriləcəyi şəhərlər arasında nəqliyyat pulsuz olacaq. Həmçinin qarışıqlıq yaranmaması üçün azarkeşlərə oyunların startından bir saat öncədən stadiona gəlmələri, qadağan olunmuş maddələrdən istifadə etməmələri, rəqib komandalara hörmətlə yanaşmaları, irqçi şüarlar səslədirməmələri və himnlər səslənərkən oxumaları məsləhət görülüb.
Qeyd edək ki, Rusiyada keçiriləcək dünya çempionatı iyunun 14-də start götürəcək.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.