RU
Загрузить видео

Ucar rayonunda ev yandı

Просмотров: 26 Происшествия
Ucarda fərdi yaşayış evi yanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonunun Qarabörk kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Fəqan Soltan oğlu Əhmədova məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət, ümumi sahəsi 200 kvadrat olan evdə güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 40 kvadrat sahəsi əşyaları ilə birlikdə tamamı ilə yanıb.

Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğının qısa qapanmadan baş verdiyi ehtimal edilir.

Fakt araşdırılır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.