RU
Загрузить видео

Salyanda ağır yol qəzası baş verib

Просмотров: 369 Происшествия
Salyanda avtomobil kanala aşıb, sürücü və həyat yoldaşı ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Neftçala rayonunun Surra kəndində yerləşən fermer təsərrüfatında çalışan paytaxt sakini, 1963-cü il təvəllüdlü Qalib Əhmədov idarə etdiyi furqon tipli “Moskvich-412” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və avtomobildə olan qeyri-qanuni nikahda olduğu qadın - Biləsuvar rayon sakini suda boğularaq ölüblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları cəlb olunub. Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb. Maşının içərisində aşkarlanan sürücünün və qadının meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.