Şabranda güclü yanğın baş verib
Просмотров: 13
Происшествия
Şabran rayonunda güclü yanğın baş verib. Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Kənd ərazisindəki biçilmiş əkin sahəsində başlayan yanğının miqyası qısa zamanda genişlənib və yaxınlıqdakı meşəlik əraziyə yayılıb.
Hadisə nəticəsində Ağalıq kəndi və yaxınlıqdakı ictimai iaşə obyektləri üçün təhlükə yaranıb. Meşəlik ərazidə yerləşən şadlıq sarayı, kafe və restoranlarda olan şəxslər təxliyyə edilib.
Güclü külək səbəbindən yanğının qarşısını almaq hələ ki, mümkün olmayıb. Hadisə səbəbindən meşəlik ərazidən keçən Gəndob-Yalama yolu bağlanıb.
Əraziyə Şabran və ətraf rayonlarda olan FHN-nin canlı qüvvələri və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğının məhdudlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İlkin ehtimala görə, yanğın ehtiyatsızlıq səbəbindən baş verib. Xatırladaq ki, yanğın hazırda da davam edir.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.