Это видео сейчас нельзя воспроизвести.
Qarabağda gərginlik yaşanır
Просмотров: 513
Происшествия
Azərbaycan hərbçisi Cəmil Babayevin Ermənistan tərəfindən əsir alınması ilə bağlı kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra, hər kəs Müdafiə Nazirliyinin açıqlamasını gözlədi. Nəhayət Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayaraq hərbçimizin Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini bildirdi və araşdırma aparıldığını deməklə kifayətləndi. Lakin Müdafiə Nazirliyinin bu cür açıqlaması bəzi sualların yaranması ilə nəticələndi.
Kanal.az xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasını Konkret.az-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, nazirlik hərbçimiz Babayev Cəmilin hospitalı özbaşına tərk etdiyini və buna görə də onun haqqında cinayət işi başlanıldığını, araşdırma aparıldığını vurğulayır: “Müdafiə Nazirlyinin sonrakı cümləsində isə yazılır ki, “hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib. Birinci cümlədə “araşdırılma aparılır” sözləri ilə kifayətlənmək olardı, çünki bu bəyanatı düşmənlərimiz də oxuyacaq. “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinə isə Xarici İşlər Nazirliyinin daima düzgün olaraq işlətdiyi “müvəqqəti” sözü əlavə edilməli idi. Ən başlıcası isə Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı. Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib və öz ərazisində hərəkət edib. Onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər. Əsl cinayət budur”.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.