RU
Загрузить видео
Polis uşağı belə öldürdü
18+

Это видео предназначено для зрителей старше 18 лет.

На главную

18+ Polis uşağı belə öldürdü

Просмотров: 640 Происшествия
Yeniyetməni güllələyən Fransa polisi həbs edilib

Fransanın Nanter şəhərində yolda adi yoxlama zamanı 17 yaşlı sürücünü güllələyərək öldürən polis məmuru nəzarətə götürülüb.

Oxu24.com xəbər verir ki,bu barədə BFMTV telekanalı məlumat yayıb.

Qətl anı sosial şəbəkələrdə yayılıb.

Dindirmə zamanı hüquq-mühafizə orqanı əməkdaşı əmin edib ki, guya avtomobil sürücüsü onun üzərinə qaçmağa cəhd edib və bu, atışmaya səbəb olub.

Bununla belə, artıq internetdə sarı “Mersedes”li gəncin müfəttişlər tərəfindən saxlanması ilə bağlı görüntülər yayılıb. Səs yazısına əsasən, polis əməkdaşlarının həyatı üçün təhlükə olmayıb. Atəş açan asayiş keşikçisi maşının kapotunun qarşısında deyil, tamamilə kənarda olub.

Fransa prokurorluğu iki iş açıb. Birincisi, mərhum gəncə müfəttişin tələbini yerinə yetirməkdən boyun qaçıraraq ona hücum etdiyinə görə, ikincisi, sürücünün hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən qətlə yetirilməsi ilə bağlıdır. “France Bleu”nun məlumatına görə, yeniyetmənin öldürülməsi ilə bağlı keçirilən etiraz aksiyasından sonra azı 24 nəfər saxlanılıb.



Tərcümə: Miri Məcidli

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.