Məşhur səyyahın heykəlini gölə atdılar
Просмотров: 13
Происшествия
Virciniya ştatının Riçmond şəhərində etirazçılar Amerika qitəsini kəşf edən ilk səyyah Xristofor Kolumbun abidəsini sökərək gölə atıblar. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün təxminən 1000 nəfər Börd Parkına toplaşaraq etiraz aksiyası keçirib. Şahidlərin sözlərinə görə, etirazlar dinc xarakterli başlasa da yerli vaxtla saat 20:30-da etirazçılar iplərdən istifadə edərək Kolumbun abidəsini söküblər. Daha sonra isə etirazçılar heykəli parkın yaxınlığında yerləşən gölə atıblar. Etirazçılardan birinin sözlərinə görə, sözügedən aksiya öncədən planlaşdırılmayıb.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.