RU
Загрузить видео

İsmayıllıda güclü yanğın baş verdi

Просмотров: 4 Происшествия
İsmayıllı rayonunda yanğın hadisəsi olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə bu gün saat 16:00 radələrində rayonun Qoşakənd kənd sakini, 1953-cü il təvəllüdlü Nəsibov Rafael Vəli oğluna məxsus ümumi sahəsi 120 kvadratmetr olan 6 otaqlı evdə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içəridəki əşyalar, eləcə də yaxınlıqdakı tövlə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.