İsmayıllıda baş verən qəzanın görüntüləri
Просмотров: 91
Происшествия
Fevralın 2-də İsmayıllı rayonunun Cülyan kəndində baş vermiş ağır yol nəqliyyat hadisəsinin görüntüləri paylaşılıb. YPX.AZ xəbər verir ki, hadisə yol kənarında dayanmış ot tayası yüklənmiş yük maşınının ətrafı bürüyən tüstüsü səbəbindən baş verib. Belə ki, işlək vəziyyətdə olan yük maşınının səsboğucusundan çıxan tüstü yolun hərəkət hissəsində görmə məhdudiyyəti yaradıb. Bu zaman hərəkətdə olan “Renault” markalı avtomobil qarşıdan gələn “VAZ 21015” markalı avtomobil ilə toqquşub. Verilən məlumata görə, hadisə nəticəsində “VAZ 21015” markalı avtomobildə olan sürücü ağır, “Renault” markalı avtomobilində olan sürücü və bir sərnişin isə yüngül xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Qəzanın baş vermə anlarını əks etdirən anbaan görüntüləri sizlərə təqdim edirik:
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.