RU
Загрузить видео

Hamilə qadın öldürüldü

Просмотров: 674 Происшествия
Ohayo polisi oğurluqda şübhəli bilinən afroamerikalı hamilə qadını güllələyib



Avqustun 24-də Ohayo ştatının Vestervil şəhərində polis əməkdaşları mağazadan oğurluq etməkdə şübhəli bilinən hamilə qaradərili qadını güllələyiblər.



Oxu24.com Fox News-a istinadən xəbər verir ki, polis bir polis məmurunun sinə kamerasına düşən görüntüləri yayıb.



Mağaza oğurluqda onun əli olduğunu iddia etdiyi üçün asayiş keşikçiləri dayanacaqda dayanan 21 yaşlı Takiya Yanqın avtomobilinə yaxınlaşıblar. Polislərdən biri maşının düz qarşısında dayansa da, gənc maşından düşmək tələbinə cavab verməyib və hərəkətə başlayıb.

Nəticədə o, ön şüşədən atəş açıb. Qadın xəstəxanada dünyasını dəyişib. Noyabrda doğulacaq qızını da xilas etmək mümkün olmayıb. Kanalın məlumatına görə, Yanqın üç və altı yaşlı iki oğlu qalıb.



Müəllif: Nigar

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.