Dövlət sərhədində təxribata cəhd olunub
Просмотров: 21
Происшествия
Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisində növbəti təxribata cəhd edib. Təxribat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisində dövlət sərhədini keçmək istəyərkən zərərsizləşdirilib. Hadisə ilə bağlı Ermənistanın təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri də məlumatlandırılıb.
Xatırlayırsınızsa, aprelin 12-də Aİ Şurasının prerzidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşdə sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın irəli sürdüyü şərtlər əsasında müsbət addım atıldı. Aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməsi təklif olundu. Politoloq Fikrət Sadıqov REAL-a açıqlamasında bildirdi ki, bu, birmənalı olaraq birgə komissiyaların yaradılması və işlərin aparılmasına qarşı yönəlmiş təxribatdır.
Politoloq bildirdi ki, bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Çünki Paşinyan Ermənistan ictimaiyyətində xal qazanmaq üçün panipulyasiya edir və adəti üzrə verdyi vədləri yerinə yetirməmək üçün əlindən gələni edir.
Qeyd edək ki, aprelin 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu Azərbaycanın dövlət sərhədini keçməyə cəhd göstərib. Dövlət Sərhəd Xidməti diversantları geri çəkilməyə məcbur edib və qurumdan bildirilib ki, növbəti dəfə belə hal baş verərsə daha ciddi tədbirlər görüləcək.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.