RU
Загрузить видео

Dəhşətli hadisə: 2 nəfər öldü

Просмотров: 191 Происшествия
Kürdəmirdə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV- nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunda rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ağdam rayon sakini Sadiq Yəhya oğlu Əmirovun idarə etdiyi mişar daşı ilə dolu KamAZ markalı yük maşını, Anar Seyfulla oğlu Qarayevin idarə etdiyi meyvə ilə yüklənmiş Ford Tranzit markalı maşın ilə toqquşub. Nəticədə Fordun sürücüsü Anar Qarayev və onun sərnişini, Eldar Müslüm oğlu Hacıyev hadisə yerində dünyasını dəyişib.


Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Qəza -Xilasetmə dəstəsinin əməkdaşları tərəfindən maşında sıxılmış vəziyyətdə qalan hər iki meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qəza zamanı yolun hərəkət hissəsinə meyvələrin dağılması səbəbindən Bakı- Qazax yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.