RU
Загрузить видео

Dəhşət: Təyyarə evə düşdü

Просмотров: 199 Происшествия
ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq məktəb düşərgəsindəki yaşayış binalarının üzərinə düşüb.

Oxu24.com “NBC” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hələlik ölənlərin kimliyi müəyyən edilməyib.

ABŞ Federal Aviasiya Administrasiyasının sözçüsü də öz növbəsində təyyarədə olanların sayının dəqiqləşdirildiyini bildirib.

Qəza nəticəsində iki binada yanğın baş verib. Düşərgədəki bütün şagirdlərin təhlükəsiz yerə təxliyə edildiyi bildirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.