RU
Загрузить видео

Bakıda daha bir yol çöküb

Просмотров: 76 Происшествия
Bakıda Tbilisi prospektində yerləşən "İST Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısındakı yolda çökmə hadisəsi baş verib.



Sfera.az xəbərinə görə, Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Qafqazinfo-ya açıqlamasında bildirib ki, bu gün Bakıya yağan güclü yağış nəticəsində bu ərazidə səki ilə yolun arasında yerləşən kanalizasiya quyusuna su sızıntısı olub.



"Hadisə zamanı yolun altındakı torpaq qatı yuyulub, 2 kvadrat metrlik məsafədə çöküntü qeydə alınıb. Asfalt-beton örtük qismən çöküb. Hazırda bizim əməkdaşlar və "Azərsu” ASC-nin işçiləri əraziyə baxış keçirirlər. Problem yaxın 1 saat ərzində aradan qaldırılacaq”, - deyə qurum rəsmisi qeyd edib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.