RU
Загрузить видео

Agir qəzada həyatını itirən sürücü kimdir?

Просмотров: 199 Происшествия
Bakıda Hyundai Elantra markalı avtomobillə yük avtomobilinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisənin görüntülərinə baxdıqda görünür ki, Hyundai Elantra markalı avtomobilin sürücüsü yüksək sürətlə idarə etdiyi avtomobilin idarəetməsini itirərək yük avtomobilinə çırpılıb. Təəssüf ki, sürücü hadisə yerində dünyasını dəyişib. Həmin yerdə icazə verilən maksimum hərəkət sürəti 60 km/saat olsa da, açıq-aşkar görünür ki, sürücü sürət həddini aşıb. Təbii ki, sürət artıqca idarəetmə də çətinləşir, qəza zamanı sağ qalmaq ehtimalı da azalır.

PATRUL.AZ olaraq internet üzərindən kiçik bir araşdırma etdik. Məlum oldu ki, hadisə iştirakçısı #99PC621 dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtomobilin sürücüsü "Tik-tok" sosial şəbəkəsində natiq.011 profilində mütəmadi olaraq videolar paylaşıb. Təəssüf ki, bir çox videolarında açıq-aşkar qayda pozduğu, avtomobili ziq-zaqvari idarə etməsi, svetoforun qırmızı işığında hərəkətə davam etməsi öz əksini tapıb. Vaxtında videoların rəylərində, üzbəüz söhbətlərində "sənə halaldır, sürəndir da, cavanlıq edir" və s. yazanlar indi "qardaşımız cavan getdi" deyib təəssüflənəcəklər. Halbuki vaxtında qardaşlarında pis vərdişə həvəsi artırmaqdansa, doğru yola yönəltmək lazım idi. Bəlkə də çoxunuz buna "qismətdir" deyəcəksiniz. Amma unutmayın ki, insan robot deyil. Yaradan onu ağıl sahibi olaraq yaradıb, ona seçim haqqı verib. Seçim haqqı verib ki, doğru olanı seçsin. Gəlin belə hallardan, bu hadisələrdən ibrət götürək. Axı sizi sevənlər, yolunuzu gözləyənlər, sizin üçün canından keçməyə hazır olanlar var. Sürücüyə Allahdan rəhmət, əzizlərinə, onu sevənlərə isə səbr diləyirik.

Kənan Dalğa
Elcan Teymurlu
Gülnar Ələmdarqızı

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.