RU
Загрузить видео

Ağdaşda ev yandı

Просмотров: 35 Происшествия
Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Qarağan Sədi kənd sakini, 1978-ci il təvəllüdlü Şöhrət Məmmədova məxsus evdə baş verən yanğın məişət qaz balonunun başlıq hissəsindən yaranıb. Nəticədə evin az bir hissəsi və mətbəxin tavanı yanıb. Hadisə zamanı qaz balonunu söndürməyə çalışan ev sahibəsi, 1984-cü il təvəllüdlü Xəyalə Məmmədova yanıq xəsarətləri alıb. Əraziyə Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub və onların səyi nəticəsində alov söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.