RU
Загрузить видео

Ağdamda oğru dəstəsi tutuldu

Просмотров: 20 Происшествия
Ağdamda oğurluqla məşğul olan dəstənin üzvləri saxlanılıb.



APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan qrup üzvləri 2019-cu ilin 8 ayı ərzində rayon ərazisində 10 evdən oğurluq etdiklərini etiraf ediblər.



Qrup üzvləri ümumilikdə 18 330 manat məbləğində pul, 15300 manat dəyərində qızıl-zinət əşyaları talayıb. Ağdam Rayon Polis Şöbəsindən bildirilib ki, saxlanılan Ağdam rayon sakinləri - 22 yaşlı Mehdiyev Seymur Vaqif oğlu, 18 yaşlı Səfərov Rəhman Bəhmən oğlu və Ağayev Nemət Elxan oğlu cinayət məsuliyyətinə cəlb olunublar.



Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 177-ci maddəsinin müvafiq bəndləri ilə cinayət işi açılıb.



Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin rayon ərazisində və respublikanın digər ərazilərində başqa cinayət hadisələri törədib-törətmədikləri araşdırılır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.