RU
Загрузить видео

Ziyanı ödə, məsuliyyətdən azad ol

Просмотров: 76 Авто-мото
Artıq belə ağır qəza hadisəsi törədən şəxslərin cəzası yüngülləşdiriləcək və onlar həbs olunmayacaq. Bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Millət vəkili Çingiz Qənizadə deyir ki, həbs qərarı qalmaq şərtilə, yeni maddədən cəzanı yüngülləşdirən alternativ variant kimi istifadə olunacaq. Ekspert Ərşad Hüseynov isə iddia edir ki, məcəllədə məsuliyyət daşıyan sürücü dəymiş ziyanı ödəyirsə, onun həbsi ilə bağlı hər hansı bir qərar yoxdur. Yeni qaydalara görə, qarşı tərəfdən çox şey asılıdır. Tərəflər razılığa gəlirsə, məsuliyyət daşıyan sürücü dəymiş ziyanı ödəməklə cəzadan azad ediləcək. Yüngülləşdirici cəza ölüm faktı istisna olmaqla, ağır və ya az ağır xəsarət, həmçinin ağır və ya az ağır zərərvurma hadisələrinə şamil olunacaq. Məsələn, əvvəllər az ağır xəsarətə görə sürücü 2 il, ağır xəsarətə görə isə 3 ilə qədər azadlıqdan məhrum edilirdisə, indi dəymiş ziyanı ödəməklə canını qurtaracaq. Bundan başqa, qəzanı törədən şəxsin ictimaiyyətdəki mövqeyi, ailə vəziyyəti, indiyədək cinayət törədib-törətmədiyi nəzərə alınacaq. Yeni qaydalarla bağlı sürücülərin fikriləri müxtəlifdir. Lakin bu güzəştlər sürücülük hüququ olmayan, avtomobili içkili vəziyyətdə idarə edən və qəza zamanı hadisə yerindən qaçan şəxslərə şamil edilməyəcək. Təqsirləndirilən şəxslər maddi ziyanı ödəyəndən sonra onların qoluna xüsusi cihaz bağlanacaq. Həmin şəxslər evdə, ailələrinin içində də daim nəzarətdə olacaqlar. Mütəxəssislər deyir ki, bu sistem dünya təcrübəsində də mövcuddur. Yüngül və ya nisbətən ağır xəsarətlərə görə heç kim həbs olunmur. Ona görə də qanuna edilən əlavə və dəyişikliklər başsız qalmış ailələri sosial problemlərdən azad etməklə yanaşı, cəzacəkmə müəssisələrində olan sıxlığı da aradan qaldıracaq.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.