RU
Загрузить видео

Gündəlik getdiyimiz ünvanlara çatmaq

Просмотров: 106 Авто-мото
“Friendly City Index” (FCI — şəhərlərdə həyat keyfiyyəti indeksi) sakinlərin gündəlik təcrübəsinə əsaslanan beynəlxalq araşdırmadır. Layihə çərçivəsində sorğu Bolt-un tərəfdaşlığı ilə “Syno International” şirkəti tərəfindən aparılıb. Layihə nəqliyyatın və xidmətlərin əlçatanlığından maliyyə rifahı və psixoloji sağlamlığadək müxtəlif mövzuları əhatə edir.
Nəqliyyat eksperti Elnməddin Muradlı Avtosfer.az-ın sosial media hesablarında canlı yayım zamanı “Bolt”un məlumatını izləyicilərlə bölüşüb. O qeyd edib ki, layihənin təşkilində məqsəd sakinlərin qarşılaşdığı çətinlikləri və şəhər həyatında nəyin yaxşılaşdırılmasına ehtiyac olduğunu müəyyənləşdirməkdir.
“Konsepsiyanın əsas ideyası iş, təhsil, alış-veriş, səhiyyə və istirahət imkanlarının evə yaxın yerləşməsi və gündəlik ehtiyacları qarşılamaq üçün uzun səfərlərə ehtiyacın azalmasıdır. Konsepsiyanın müəllifi, urbanist Karlos Moreno C40-a (iqlim dəyişikliyinə qarşı birgə fəaliyyət göstərən şəhər merlərinin qlobal şəbəkəsi) verdiyi müsahibədə bunu “məsafələrin qısa olduğu yığcam və dayanıqlı şəhər” kimi təsvir edib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.