RU
Загрузить видео

Balaxanı yolu

Просмотров: 155 Авто-мото
Paytaxt yollarında tıxacların artması bəzi sürücülərin qaydaları pozmasına səbəb olur.

Avtosfer.az xəbər verir ki, Binəqədi-Balaxanı şosesində bu gün səhər saatlarında uzunmüddətli tıxac yaranıb. Üzü Bakı istiqamətində yaranan tıxacda əks yola çıxan sürücülər başqa bir avtomobilin kamerasına tuş gəlib. Belə ki, 99-VR-529 və 99-VR-030 nömrəli “KIA”, 77-XV-199 nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri tıxacda gözləyə bilməyib əks istiqamətdə hərəkət edənlərin yoluna çıxıblar.

Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cərimə nəzərdə tutulub.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.