AZ
Video yüklə

Nura Suridən hədiyyə

17 baxış Musiqi və əyləncə
Pandemiya müddətində yaradıcılığına fasilə vermədən yeni mahnılar təqdim edən müğənni Nura Suri yayda da əliboş oturmaq fikrində deyil. O, bu dəfə “Bu yay” adlı mahnısını dinləyicilərinin ixtiyarına buraxıb.

Publika.az xəbər verir ki, şən ritmlər üzərində qurulan mahnının sözü və musiqisi Murad Hüseynovla Ələddin Əliyevə, aranjimanı isə Emin Kərimə məxsusdur.

Daha çox pozitiv notlara üstünlük verən sənətçinin yeni mahnısı yayın hiti olmağa iddialıdır. Müğənni hər kəsə söz verir ki, bu yay unudulmaz olacaq. Amma bunun üçün yarışmada iştirak etməlisiniz. Belə ki, Nura Suri sosial mediada mahnı ilə bağlı yarışma başladıb.

Mahnının ritmik sədaları altında ən yaxşı videonu ərsəyə gətirən şəxs hədiyyə qazanacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.