Fərid Mailov "Gilavar"ı təqdim etdi

  • 02.08.2023
  • 0

Ölkənin aparıcı saksafon ifaçılarından biri,əfsanəvi Qaya qrupunun solisti ,xalq artisti Rauf Babayevin tələbəsi,yerli və beynəlxalq müsabiqələr laureatı Fərid Mailov özünə məxsus fərqli ifada məhşur Gilavar mahnısını yeni aranjimanda instrumental versiyada öz dinləyicilərinə təqdim edib.

Mahnı artıq yerli radiokanallarda eləcə də bütün rəqəmsal platformalarda səslənir və dinləyicilər tərəfindən müsbət rəylərlə qarşılanıb.

Musiqiçinin youtube kanalına daxil olub klipi izləyə bilərsiniz.

Öz növbəsində ifaçı bu musiqini bu yaxınlarda dünyadan köçən ,işlədiyi Qaya qrupunun bədii rəhbəri,respublikanın əməkdar artisti, eləcə də ən yaxın dostu Rüfət Babayevə həsr edib.

Nə düşünürsən?