Zaqatala məktəblilərindən "Evdə qal" çağırışı
142 baxış
Maraqlı xəbərlər
Ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə məqsədilə tətbiq olunmuş karantin rejiminin müddəti uzadılıb. Cebhe.info xəbər verir ki, insanların əksəriyyəti "Evdə qal" çağırışına məsuliyyətlə yanaşır, günlərini maraqlı keçirmək üçün müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Bu fəaliyyətlərdən ən məşhuru "Evdə qal" çağırışını təbliğ edən videoçarxların hazırlanmasıdır. Zaqatala şəhərindəki humanitar fənlər gimnaziyasının 4a sinif şagirdləri də bu trendə qoşulub. Sinif rəhbəri Məhsəti Qazıyeva, valideyn və şagirdlər bir-birilərilə onlayn əlaqə saxlayaraq belə bir videoçarx ərsəyə gətiriblər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.