Yerin ən dərin nöqtəsində çəkiliş etdilər
86 baxış
Maraqlı xəbərlər
Yer kürəsinin ən dərin nöqtəsi olan Mariana çökəkliyindən videogörüntülər yayılıb. "Federal" Agentliyi xəbər verir ki, görüntüləri Rusiyanın "Vityaz” aparatı qeydə alıb. Aparatın sualtı ekspedisiyası 3 saata yaxın davam edib. Bu müddət ərzində bir sıra video və fotogörüntülər əldə edilib. Qeyd edək ki, 11 022 metr dərinliyi olan Mariana çökəkliyi Yer kürəsinin ən dərin nöqtəsi hesab olunur. Bir müddət əvvəl çökəkliyin 10 028 metr dərinlikdə olduğu deyilib./publika.az
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.