AZ
Video yüklə
Red Bull M.E.O. 2021 turniri iştirakçılarını gözləyir!

Bu video hazırda oynadıla bilmir.

Red Bull M.E.O. 2021 turniri iştirakçılarını gözləyir!

538 baxış Maraqlı xəbərlər
18-24 oktyabr tarixləri aralığında “PUBG Mobile” oyunu üzrə növbəti Red Bull M.E.O. 2021 turniri keçirələcək. Turnirin finalında xüsusi hədiyyə olmağı bir yana, turnirin qalibləri ölkəmizi Avropada da təmsil edəcək.

Xatırladaq ki, 1-ci yerə çıxan komanda 5000 AZN dəyərində mükafatlandırılacaq. Eyni zamanda ilk üç yerin sahibi Avropada baş tutacaq Regional Red Bull M.E.O. turnirində də iştirak haqqı qazanacaq.

Turnir ümumilikdə üç mərhələdən ibarət olacaq. 18-22 oktyabr aralığında turnirin seçmə mərhələsi keçiriləcək. 23 oktyabr tarixində yarım-final mərhələsi baş tutacaq. 24 oktyabr tarixində isə əsas mükafatlar uğrunda möhtəşəm final mərhələsi bizi gözləyir.

Bu turnirdə həvəskar və ya professional olmağın fərqi yoxdur, hər kəsin qələbə şansı var. Belə ki, “PUBG Mobile” oyunu üzrə Red Bull M.E.O. 2021 turnirində yaşı 18 və daha çox olan bütün Azərbaycan vətəndaşları iştirak edə bilər.

Odur ki, öz komandanı yığaraq həm əylənməyə, həm də qalib gəlməyə hazır ol. Nəzərə al ki, turnir tamamilə onlayn formatda keçiriləcək. Bunun üçün bütün komanda üzvlərinin internetə çıxışından əmin ol.


Əgər sənin komandada hər şey qaydasındadırsa, qeydiyyat üçün bu linkdən istifadə etməyi kifayətdir. Komanda sayının məhdud olduğunu nəzərə alaraq tələsməyi tövsiyə olunur.

Gəl və qalibiyyətinlə Red Bull M.E.O. turnirinə səs sal! Oyunçu aparsın.

Qeydiyyat: www.redbull.az/meo

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.