AZ
Video yüklə

Qazimiz ordu günündə ailə qurdu

8 baxış Maraqlı xəbərlər
Dünən, güvənc yerimiz, qürur mənbəyimiz olan ordumuzun - Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 ili tamam oldu.

İkinci Qarabağ müharibəsi qazisi Kamran Ağabalayev, onun ailəsi və yaxınları üçün bu bayramın sevinci, fərəhi ikiqat oldu. Belə ki, qəhrəman qazimiz iyunun 26-da ailə həyatı qurdu.

Bakupost.az olaraq, ailə qurmaları münasibətilə cəsur döyüşçümüz Kamran Ağabalayevi və xanımını təbrik edir, onlara uzun ömür və xoşbəxtlik arzulayırıq.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Kamran Ağabalayev Füzuli, Xocavənd və Şuşanın azad olunması uğrunda döyüşlərdə şücaət göstərib. Elə məhz buna görə də müharibədən sonra ölkə başçısı tərəfindən "Cəsur döyüşçü", Füzuli, Xocavənd və Şuşanin azad olunmasına görə medalları ilə təltif olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.