AZ
Video yüklə

Qadın 7 uşaq dünyaya gətirdi

31 baxış Maraqlı xəbərlər
İraqın Diyali şəhərində adı açıqlanmayan 25 yaşlı qadın normal doğuş ilə eyni anda 7 körpə dünyaya gətirib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bu qeyri-adi doğumdan sonra müayinə olunan ananın və 6-sı qız, 1-i oğlan olan körpələrin olduqca sağlam olduğu bildirilib.
Körpələrin yan-yana çəkilmiş fotoları sosial media hesablarında və yerli xəbərlərdə paylaşılıb.

Hamısı həyatda qalan 7 əkiz uşaq doğumu ən son 1997-ci ildə Kenni və Bobbi Mccaughey cütlüyü ilə Amerikada rast gəlinmişdi. Bobbi körpələri doğuma 9 həftə qalarkən keysəriyyə əməliyyatı ilə dünyaya gətirmişdi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.