Müsəlman şərqində ilk respublika!
10 baxış
Maraqlı xəbərlər
Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə İslamabadda rəsmi qəbul keçirib.
İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq dövr ərzində bir sıra mühüm, xüsusilə demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi kimi nailiyyətlərə imza atdığını vurğulayıb. Qeyd olunub ki, 20-ci əsrin sonunda yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çətin günlərində Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gələrək, ölkəni iqtisadi və siyasi çətinliklərdən çıxarmağa nail olub. Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə qazanılan nailiyyətlər də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Səfir həmçinin Azərbaycanın Vətən müharibəsində Zəfərindən bəhs edib, Azərbaycan-Pakistan münasibətlərindən danışıb. Pakistanın təhsil və peşəkar təlim üzrə federal naziri Rana Tanver Hüseyn 28 Mayın Azərbaycanın dövlətçilik tarixində şanlı və mühüm günlərdən biri olduğunu deyib. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra regionun inkişafına mühüm töhfə verən böyük transmilli enerji, nəqliyyat və infrastruktur layihələrini həyata keçirdiyini bildirib. Azərbaycan ilə Pakistan arasındakı əlaqələri “qardaşlıq münasibətləri” adlandıran nazir, 2023-cü ildə 100 illik yubileyi qeyd edilən dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həm də iki ölkə arasında əlaqələrin inkişafının banisi olduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.
REAL-ın ASİYA bürosu

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.