Məmur göz yaşlarını saxlaya bilmədi
1 034 baxış
Maraqlı xəbərlər
İspaniya Səhiyyə nazirinin müavini Veronika Kasado koronavirus pandemiyası ilə mübarizə apararkən vəfat etmiş həkimlərin adlarını oxuyan zaman göz yaşlarını saxlaya bilməyib. Sfera.az xəbər verir ki, video "ABC News” telekanalının "Twitter” hesabında yayımlanıb. Ətrafdakı həmkarları ondan siyahının oxunmasını dayandırmağı xahiş etsələr də, V.Kasado bildirib ki, adları sona qədər sadalamağa borcludur. Qeyd edək ki, İspaniyada 232 128 şəxsin koronavirus testi müsbət çıxıb, 23 822 nəfər pandemiyanın qurbanı olub. 123 mindən çox ispaniyalı isə xəstəlikdən sağala bilib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.