AZ
Video yüklə

Koronavirus bu şəxslərə yoluxmur

350 baxış Maraqlı xəbərlər
“Koronavirus 2019-nCoV” daha çox 35-50 yaşlı kişilər üçün təhlükəlidir.

KONKRET.AZ xəbər verir ki, “Lenta.ru” bu barədə Rusiyada tibb sahəsində yüksək çinli mənbəyə istinadla xəbər verib.

“Məlumatlara görə, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”, – deyə nəşrin müsahibi bildirib.

Qeyd edək ki, son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub.

Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin Səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.

“Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, – deyə o, bildirmişdi.

Bundan başqa, Çində koronavirusun yayılmasının pik həddinin 7-10 gündən sonra baş verəcəyi proqnozlaşdırılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.