AZ
Video yüklə

“İlin qadını” seçildi, ərini ağlatdı

9 baxış Maraqlı xəbərlər
“GQ Türkiye Men of the Year 2021” mükafatlandırma mərasimi baş tutub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İlin qadını” mükafatını alan aktrisa Öykü Karayel çıxışı zamanı həyat yoldaşı, müğənni Сan Bonomoya təşəkkür edib:

“Mən stresli bir insanam. Mənim bütün stresimi, dərdimi çəkən və sinəsində rahatladan dəyərli həyat yoldaşıma çox təşəkkür edirəm”.

C.Bonomo həyat yoldaşını göz yaşları içində izləyib.

Mükafatlandırma mərasimində Öykünün əkiz bacısı Ezgi Karayel də iştirak edib. Ezgi modelyer kimi fəaliyyət göstərir.

Qeyd edək ki, C.Bonomo və Ö.Karayel 2018-ci ildə ailə həyatı qurublar. Cütlüyün Roman adlı oğlu var.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.