Hündür körpüdən Kür çayına tullanır
5 baxış
Maraqlı xəbərlər
Hündürlükdən Kür çayına tullanır.
Mingəçevirdə yaşayan 15 yaşlı Tünzalə Əhmədova özünə əksər insanların cəsarət edə bilməyəcəyi xobbi seçib. Yeniyetmə qız iti axan Kür çayına düşərək rahat şəkildə üzüb digər tərəfdən çıxır. 4 il öncə üzgüçülük bölməsinə yazılan Tünzalə, 1 ildir kiboksinqlə də məşğul olur.
Bu bacarığı Tünzalənin filmlərdə çəkilməsinə də yol açıb. Hətta bu cür atlayışlardan biri avtomobil qəzasına da səbəb olub. Yeniyetmənin intihar etdiyini düşünən sürücü avtomobili yolun ortasında saxlayaraq onu xilas etməyə çalışıb. Bu zaman arxadan gələn maşın yolda dayanan nəqliyyat vasitəsinə çırpılıb. (00:10)
9-cu sinif şagirdi olan Tünzalə Əhmədova idmanla yanaşı, dərslərinə də ciddi hazırlaşır.
Tünzalə Əhmədova gələcəkdə daha hündür yerlərdən çaya və dənizə atlanmaq niyyətindədir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.