Hər kəs “lyuk”a düşən bu körpədən danışır
26 baxış
Maraqlı xəbərlər
Sosial şəbəkələrdə azyaşlı uşağın yolda gedərkən “lyuk”a düşdüyü anın görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdə qadının küçədə uşaq arabasını sürdüyü, övladının isə onunla yanaşı getdiyi görünür. Və anidən “lyuk”un üzərinə çıxan azyaşlı quyunun qapağı açıq olduğundan ora düşür. Bundan sonra ana uşağını xilas etməyə çalışır. Yolda hərəkət edən digər bir qadının köməyilə azyaşlı quyudan çıxarılır.
İnternet-istifadəçiləri iddia edirlər ki, hadisə Tatarıstanda baş verib. Körpənin səhhəti barədə məlumat yoxdur.
Bölgədəki prokurorluq videonun əslində respublikada çəkilib-çəkilmədiyini müəyyənləşdirir. Prokurorun böyük köməkçisi Ruslan Qaliyev “RİA Novosti”yə açıqlamasında bildirib ki, bu fakt öz təsdiqini taparsa, o zaman kommunal və digər məsul qurumların fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi təşkil ediləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.