AZ
Video yüklə
"HƏMAS bəyanat yaydı ki, Azərbaycan..."

Bu video hazırda oynadıla bilmir.

"HƏMAS bəyanat yaydı ki, Azərbaycan..."

643 baxış Maraqlı xəbərlər
"HƏMAS da, İsrail də Azərbaycanı dəstəkləyir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

"Jurnalistlər tez-tez məndən soruşurlar ki, Ermənistan Fələstin-İsrail münaqişəsində kimə dəstək verməlidir? Cavabım sadədir: heç kimi.

İsrail Azərbaycana əsas silah tədarükçüsüdür, Azərbaycanın xüsusi təyinatlılarının hazırlanmasında iştirak edib və sair. Əlaqələr strateji səviyyədədir.

HƏMAS 2020-ci il noyabrın 10-da belə bir açıqlama vermişdi: "Azərbaycanı qələbə və torpaqlarının geri qaytarılması münasibətilə təbrik edirik. Bu, işğalın bütün formalarına qarşı mübarizənin təbii nəticəsidir".

Türkiyənin HƏMAS-a təsirini nəzərə alsaq, ona da rəğbət bəsləməyə dəyməz. Bəli, HƏMAS bütün Fələstin deyil, amma heç kim Ermənistanla həmrəylik ifadə etməyib", - ekspert bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.