AZ
Video yüklə

Həbsxanadan qaçarkən tavan çökdü

14 baxış Maraqlı xəbərlər
ABŞ-ın Mississipi ştatında bir məhkumun qaçma cəhdi xəstəxanada başa çatıb. FaktXeber.com-un xarici mediaya istinadla verdiyi məlumata görə, 27 yaşlı məhkum həftə sonu nəzarətin az olmasından faydalanaraq tibbi müdaxiə otağına girib və qapını kilidləyib. Burdan isə tavana dırmaşaraq, havalandırma boşluğundan irəliləməyə başlayıb. Lakin tavan onun ağırlığına dözməyərək çöküb.

Yarı asılı halda tavandan sallanan məhkumu görən polislər şok tapançası ilə onu zərərsizləşdiriblər. Məhkum xəstəxanaya yerləşdirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.