AZ
Video yüklə

Dünyanın ən hündür tonqalı

37 baxış Maraqlı xəbərlər
On mindən artıq şəxs 100 ton odundan quraşdırılmış tonqalın yandırılmasını izləyib.



Avstriyanın ən qərbdə yerləşən Forarlberq əyalətinin Lustenau qəsəbəsi dünyanın ən hündür tonqalı ilə "Ginnesin rekordlar kitabı”na düşüb.



Qəsəbədə qışın sona çatması münasibətilə təşkil edilmiş bayramda yandırılan tonqalın hündürlüyü 60,64 metr olub. Bununla da indiyədək dünyanın ən hündür tonqalı hesab edilən və 2016-cı ildə Norveçin Alesund şəhərində yandırılan 47 metr hündürlüyündə tonqal birinciliyi əldən verib.



On mindən artıq şəxs 100 ton odundan quraşdırılmış tonqalın yandırılmasını izləyib.(AZƏRTAC)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.