AZ
Video yüklə
Bu ölkədə "koronavirus" sözü qadağan edilib

Bu video hazırda oynadıla bilmir.

Bu ölkədə "koronavirus" sözü qadağan edilib

609 baxış Maraqlı xəbərlər
Türkmənistanda hakimiyyət "koronavirus" sözündən istifadə etməyi qadağan edib.

Axeber.az xəbər verir ki, bu barədə "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatı bəyan edib.
Türkmən jurnalistlər iddia edirlər ki, koronavirus infeksiyası məktəblərdə, xəstəxanalarda, KİV-də və tibb kitabçalarında qeyd edilmir.
Küçədə maska taxan və ya pandemiyadan danışan insanlar isə həbs təhlükəsi ilə üzləşirlər.
Rəsmi məlumatlara görə, Türkmənistanda koronavirusa yoluxma hadisəsi də qeydə alınmayıb.
Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov vətəndaşlara qədim xalq inancı olan üzərlik tüstüsü ilə viruslardan qorunmağı tövsiyə etmişdi. /axsam.az/

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.