AZ
Video yüklə

Bu addım insan ömrünü 30 ilədək uzadır

155 baxış Maraqlı xəbərlər
Peyğəmbərimiz (s) bir sıra hədislərində Allah-təalanın müəyyən əməllərinə görə bəzi insanların ömürlərini uzadacağını bildirir. Belə əməllərdən biri də sileyi-rəhm, yəni bu dünyadakı həyatda bütün çətinliklərə rəğmən qohumluq əlaqələrini saxlamaqdır



Peyğəmbərimiz(s) hədislərində möminlərə hətta qohumlarından biri əlaqəni kəsərək onu rədd etdikdə belə, yenə də onunla əlaqəni saxlamağı tövsiyə edir. Hədislərdən birində Məhəmməd əleyhissəlam buyurur ki, Allah onunla əlaqəni kəsən qohumla sileyi-rəhm edən bəndənin ömrünü 30 il uzadar – hətta onun ömrünün sonuna 3 gün qalmış olsa, belə. Qohumları ilə əlaqəni kəsən kimsənin canını isə Allah 3 gün sonra alar, hətta onun ömrünün sonuna 30 il qalmış olsa belə…

Bəzi din alimləri bu hədislərin səhihliyinə, yəni həqiqətən Peyğəmbərimiz(s) tərəfindən söylənmiş olmasına şübhə edərlər. Və buna təsdiq kimi Qurani-Kərimin müəyyən olunmuş əcəl barədəki ayəsini gətirərlər:”Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”(Əraf, 34)

Ancaq digər din alimləri bu hədisi belə izah edirlər ki, 30 il dedikdə yalnız bu dünya həyatından yox, Axirət həyatından da söhbət gedir. Yəni əgər insanın əcəli çatana yaxın o kəsilmiş qohumluq əlaqələrini bərpa etmişsə, Axirət həyatındakı 30 il müddətində ona bu dünyada imiş kimi savablar yazılmaqda davam edəcək…



Video: "Demədi Demə" kanalı

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.