AZ
Video yüklə

Boş evdən gələn səs bunu ortaya çıxardı

67 baxış Maraqlı xəbərlər
Boluda istifadə olunmayan bir evdən gələn pişik səsi eşidən vətəndaşların yardım istəyi üzərinə hadisə yerinə gələn yanğınsöndürmə briqadaları, evin içində pişiyin düşdüyü 15 metr dərinlikdəki quyunun dəfinə üçün açıldığını müəyyən edib.



Məhəllənin üzərində yerləşən və sahibinin 15 gün əvvəl həyatını itirdiyi öyrənilən evdən pişik səsi gəldiyini eşidən vətəndaşlar, vəziyyəti yanğınsöndürmə briqadalarına xəbər verib.



Hadisə yerinə gələn komandalar, pişiyin səsinin gəldiyi tərəfə gedəndə, pişiyinin evin bir otağına açılan 15 metr dərinliyindəki quyuda olduğunu görüb.



Quyuya ucunda qəfəs olan bir ip endirən yanğınsöndürmə briqadaları qəfəsə girən pişiyi xilas edib.



Evin içində açılan quyunun xəzinə axtarmaq üçün qazıldığını düşünən yanğınsöndürmə briqadaları hadisə yerinə polis qruplarını çağırıb./metbuat.az

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.