Bakıda binalar rəsm əsərləri ilə bəzəndi
77 baxış
Maraqlı xəbərlər
Yəqin ki, hər biriniz şəhərin boz divarlarında müxtəlif rənglərin harmoniyasından meydana gələn rəsm əsərlərini görmüsünüz. Bu incəsənət nümunələri necə meydana gəlir? Gecə, biz yuxuda olanda ləkəli divarlarımızı kimlər bəzəyir? Heç bir maddi və mənəvi dəstək görmədən, qarşılıq gözləmədən öz daxili gözəlliklərini, şəxsi pozitiv enerjilərini bizimlə təmənnasız bölüşən bu qəhrəmanlardan biri Yasamal rayonu ərazisində 2 binanın fasadına qrafitti sənəti ilə yeni ruh verib.
Şəkillərə baxdıqca bir anlıq insan özünü nağıllar aləmində hiss edir….Əslində bura hər hansı bir tamaşa üçün bəzədilmiş teatr salonu yox paytaxt binalarından bir necəsinin fasadıdır.
Gənc rəssam İsa Quliyevin sözlərinə görə layihə ilə bağlı ona təklif gələndə çox sevinib. Əvvəllər vərəqlər üzərində etdiyi cızma qaranı artıq böyük bina fasadında rəngli bir mənzərəyə çevirib.
İsa Quliyevin sözlərinə görə bir binanın fasadını rənglənəmək üçün ona 80 litr boya lazım olub
Rəssam bildirib ki, binaya rəsm əsərini çəkən zaman bir sıra çətinliklərlə qarşılaşıb.
Amma buna baxmayaraq hazırda bina sakinləri boz, boş bina divarlarının belə maraqlı bir görünüşə çevrildiyindən çox məmənundular.
Binalara fərqli rəng qatan bu layihə SOCAR-ın dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, artıq uzun müddətdir, Bakı küçələrində də bu əsrarəngiz əl işlərini görmək mümkündür.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.