AZ
Video yüklə

“Azərişıq”ın göstərdiyi xidmətlər 5 ulduz aldı

7 baxış Maraqlı xəbərlər
Ötən gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Xidmət indeksi” üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüş zamanı 2021-ci ildə "Azərişıq" ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək 83,61%-lə birinci yerə layiq görülüb.

Nəticələrdə 2020-ci ildə Səhmdar Cəmiyyətin göstərdiyi kommunal xidmətlər 45,31% qeyd olunub. Bu isə qiymətləndirmə meyarlarına görə 3 ulduzla dəyərləndirilir. Builki göstəriciyə görə isə “Azərişıq” ASC-nin göstərdiyi xidmətlər 5 ulduza layiq görülüb.

Qeyd edək ki, builki qiymətləndirmədə kommunal xidmətlər göstərən “Azərsu” ASC 77,43%-lə 4 ulduza, “Azəristiliktəchizat” ASC 36,88%-lə 2 ulduza, “Azəriqaz” İB isə 22,10%-lə 2 ulduza layiq görülüb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.