AZ
Video yüklə

Azərbaycanda müəllim dərsə ilan gətirdi

15 baxış Maraqlı xəbərlər
Azərbaycan məktəbində müəllim dərsə ilan gətirib.

Milli. Az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Naxçıvanda baş verib.

Ordubad rayonunda orta məktəb müəllimi dərs zamanı sinifə ilan gətirib. Müəllim dərsdə şagirdlərə ilanlar haqda məlumat verərək onların dərsi daha yaxşı qavramaları üçün əyani vəsait kimi canlı ilandan istifadə edib.

Dərsdə şagirdlər tərəfindən lentə alınan video görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.