Ay təqvimi ilə yeni il başladı
13 baxış
Maraqlı xəbərlər
Şərq xalqlarının ay təqvimi ilə bu gün yeni ilin ilk günüdü. Yeni ilin başlanması Şərqi Asiya ölkələrində böyük təmtəraqla qeyd olunur. Çində bu bayram həm də yaz festivalı adlanır.
Çin zodiak sisteminə əsasən, bu il pələng ilidir. Pələng güc və cəsarət simvolu hesab olunur. Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ritualları ilə də zəngindir. Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir.
İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır. Evlər, küçə və meydanlar, parklar qırmızı rənglə bəzədilir. Bayram günü qırmızı geyinmək də adətdəndir.
Yeni il bayramında ölkənin müxtəlif yerlərində şənliklər mərasimlər, yarmarkalar, festivallar təşkil olunur. Artıq 3-cü ildir ki, COVİD-19 pandemiyası səbəbindən iri kütləvi şənliklər ləğv olunub. İnsanlar yalnız bayram gəzintisi ilə kifayətləməli olur. Bayram günlərində şəhərlərarası səyahətlər də çoxalır. Belə ki, insanlar doğmalarına baş çəkməyə və ya bayram tətilindən istifadə edib tətilə getməyə çalışırlar. Bu səbəbdən bəzən nəqliyyatda sıxlıq müşahidə olunur.
Yaz festivalı 15 gün davam edir. Bu günlərdə insanlar böyüklərini, doğmalarını, dostlarını ziyarət edir. Təbii ki, bu ziyarətlər əliboş olmur. Bayramda insanların bir-birinə hədiyyələr verməsi uzun illərə söykənən bir ənənədir.
Çinlilər bayram axşamları ailəcə süfrə arxasında toplaşmağa çox üstünlük verirlər. Ona görə bu bayram həm də ailə həmrəyliyi bayramı hesab olunur. Bayram günlərində süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə bayram süfrəsində boş yer olmamalıdır. Yeni il süfrəsində əsas xörək Çin düşbərəsidir. Bunun əsas səbəbi odur ki, yeni il gecəsində bıçaqdan istifadə etmək olmaz. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir.
Son illər yaz festivalının ən əlamətdar hadisələrindən bir də Çin Mərkəzi Televiziyasının (CCTV) bayram axşamı təşkil etdiyi qala konsertdir. 1983-cü ildən bəri təşkil olunan konsertdə tanınmış incəsənət ustaları və xaricdən dəvət olunan qonaqlar çıxış edirlər. Çin Mərkəzi Televiziyasınıın Yeni il qala konserti dünyada ən çox tamaşaçının izlədiyi televiziya proqram hesab olunur.
Qeyd edək ki, Yaz festivalı ilə əlaqədar ölkədə bir həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri 20-30 gün davam edir. Ay təqvimi ilə yeni il Şərqi və Cənub-Şərqi Asiyanın bir neçə ölkəsində, o cümlədən Koreyada, Vyetnamda, Sinqapurda da geniş qeyd olunur.
REAL TV, Asiya

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.