Mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan sənədli film çəkilib.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, İctimai Televiziya layihəni aktrisanın doğum gününün şərəfinə hazırlayıb.
"Onun qəribə taleyi. Amaliya Pənahova" adlanan ekran işi aktrisanın evində, çalışdığı teatrlarda və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilib.
A. Pənahovanı aktrisa Aygün Fətullayeva canlandırıb. Eyni zamanda filmdə Elnur Məmmədov, Əhməd Salahov, Şahzadə Babayeva, Zülfiyyə Məmmədova və digərləri yer alıb.
Filmin ssenari müəllifi Vidadi Hüseynov, quruluşcu rejissoru Ruslan Hüseyndir.