AZ
Video yüklə

63 il əvvəl itən çantanı tapdılar

17 baxış Maraqlı xəbərlər
ABŞ-da 63 il əvvəl itən çanta tapılıb.

Çanta məktəbdəki soyuducunun arxasında aşkar edilib. Məktəb bir müddət fəaliyyət göstərmədiyi üçün çanta toxunulmaz qalıb. Təmizlik işçiləri tərəfindən tapılan çanta məktəb rəhbərliyinə təqdim edilib. Araşdırmalardan sonra onun keçmiş şagird Patti Rumfaloya aid olduğu müəyyən edilib. Patti həyatını itirdiyi üçün çantanın açılması üçün onun övladlarından icazə alınıb.

Çantanın içinə baxış zamanı Pattinin şəxsi əşyaları, pul qabı, metal pul, vəsiqə, sənəd və digər əşyalar tapılıb. Əşyaların xarici görünüşünü saxlaması hamını təəccübləndirib./publika.az

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.