AZ
Video yüklə

28 il öncə verdiyi sözə əməl edib

25 baxış Maraqlı xəbərlər
ABŞvətəndaşı Tom Kuk 28 il öncə dostu Co Finə verdiyi sözünəəməl edərək, lotereyada qazandığı pulu onunla bölüşüb. Bu barədə "TJournal” xəbər yayıb. Bildirilir ki, 1992-ci ildə dostlar əl sıxaraq razılaşıblarki, onlardan hansı lotereyada udsa, mükafatın yarısını digəri ilə bölüşəcək. T.Kukun bəxtinə lotereyalardan birində 22 milyon dollar pul düşüb. Ancaq birdəfəlik nağd ödəmə opsiyasını seçdiyi üçün o, 16,7 milyon dollar götürə bilib. Vergi də çıxıldıqdan sonra dostların hər birinə 5,7 milyon dollar qalıb. Nə Kukun, nə Finin uduşla bağlıxüsusi planları var. Fin təqaüddədir, qazandığı məbləğdən sonraKuk da pensiyaya çıxmaq qərarına gəlib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.