10 YAŞLI sürücünü polis saxladı: AMMA GERÇƏK BAŞQA İMİŞ
358 baxış
Maraqlı xəbərlər
Vladivostokda avtomobil idarə edən uşaq saxlanılıb. Sonradan yetgin gənc olduğu sadəcə fiziki görünüşünün belə olduğu məlum olub.YPX.AZ xəbər verir ki, Vladivostokda bir uşağın dövlət qeydiyyat nişanı olmayan idman avtomobili idarə etməsi hər kəsi təəccübləndirib və qınaq obyektinə çevirib. Qeydə alınan video ilə 10 yaşlarında bir uşağın “Subaru” markalı avtomobili magistral yolda idarə etdiyini idda edərək polisə şikayət olunub.Ancaq sonradan məlum olub ki, 10 yaşlarında olduğunun idda edildiyi uşaq əslində 4 ay öncə 18 yaşını tamamlamış və sürücülük hüququ olan gənc imiş. Gənc sürücü telekanallara müsahibə verən zaman bildirib ki:“Özüm avtomobil idarə edirəm, heç kimə maneə törətmirəm. Həmin gün nənəmi xəstəxanaya aparırdım.”Gənc əlavə olaraq qeyd edib ki:“Çox olub məni belə video qeydə alıblar, artıq məni uşaq zənn etmələrinə alışmışam. Ancaq bu hal mənim kefimi pozmur, əksinə normal qarşılayıram. Mən belə olanda gülürəm. Yaşımın az olduğu iddia ediləndə sənədlərimi təqdim edirəm, hər kəs çox təəccüblənir.”Uşaq görünüşlü gəncin şəkillərini və polisə göndərilən videosunu sizlərə təqdim edirik:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.