AZ
Video yüklə

Xatirə: "Ağzından siqaret, söyüş əskik olmur, camaat..."

326 baxış Maqazin xəbərləri
Müğənni Xatirə İslam "Hər şey daxil" verilişində qonaq olub. BiG.AZ xəbər verir ki, xanım ifaçı həmkarının ünvanına söz atıb. O bildirib ki, Azərbaycanda elə müğənni var ki, camaat ona ətəyində namaz qılınacaq qədər hörmət edir: "Halbuki həmin müğənninin ağzından siqaret, dilindən söyüş əskik olmur. Həmin müğənni xanım həmkarımdır. Təqdimatı başqa cür gedib. İnsanda bəxt gözəl şeydir". Aparıcı Tolik də Xatirənin sözlərinə haqq qazandıraraq sosial şəbəkələrdə dinlə bağlı paylaşım edən məşhurlara iradını bildirib: "Bu gün müğənnilərin 90 faizi olub dindar. Elə müğənnilər var ki, səhər imsakı, axşam iftarı paylaşır. Allaha sevgi ürəkdə olur, instagramla ölçülmür. Ona görə də heç kimin bostanına daş atmaq lazım deyil". big az

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.