AZ
Video yüklə

Vəfa Zeynalovaya nə olub?

816 baxış Maqazin xəbərləri
Əməkdar artist Vəfa Zeynalovanın Milli Onkologiya Mərkəzindən yayımladığı video diqqət çəkib.

Axşam.az xəbər verir ki, görüntüdə aktrisanın ağladığı əks olunub. V.Zeynalova ağlaya-ağlaya həkimlərə təşəkkür bildirib.

"Bayramdır, amma həkimlər iş bağındadır. Heç kimin yolu bura düşməsin. Amma düşəndə də yaxşı ki, həkimlərimiz var. Bir barmağımız kəsiləndə belə onlara müraciət edirik" deyə, aktrisa gözünün yaşını silə-silə söyləyib.

İzləyicilərinin ona səhhəti ilə bağlı ünvanladığı suallara aktrisa "Sağlamam, səhhətimlə bağlı heç bir problem yoxdur. Sadəcə, yaxşı həkimləri siz də tanıyasız deyə paylaşım etdim. Vaxtiylə qardaşımı müalicə edən həkimlər idi. Hamınıza can sağlığı arzulayıram" deyə, cavab verib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.